Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 15:02

Yunanıstana yardım paketi hökumətlə razılaşdırılıb


Yunanıstanın baş naziri Qeorqi Papandreu ölkənin borc böhranından çıxmasıyla bağlı yardım paketində Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə razılaşma əldə olunduğunu bəyan edib.

Papandreu bunu televiziya ilə çıxışında bildirib və hökumətin razılaşmanı təstiq edəcəyini qeyd edib.

Avropa Birliyi ilə Beynəlxalq Valyuta Fondunun yardım paketində öncə bir il ərzində Yunanıstana 45, ümumilikdə 3 il ərzində isə 120 milyard avroya yaxın kredit verilməsi nəzərdə tutulur.

Hökumət bu yardımın əvəzində vergilərin artırılması və ixtisarlar da daxil olmaqla qəti iqtisadi tədbirlər həyata keçirməlidir.

Dünən ölkə paytaxtı Afina və böyüklüyünə görə ikinci olan Saloniki şəhərində nümayişçilərlə polis arasında toqquşma olub.

Mayın 5-də isə ölkədə ümummilli tətil gözlənilir.
XS
SM
MD
LG