Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 01:44

Hollivud ulduzları iranlı rejissoru azad etməyə çağırıblar


Qırğızıstanın devrilmiş prezidenti Bakiyevin oğlu Maksim Bakiyevə qarşı korrupsiya ilə bağlı ittiham irəli sürülüb.

Söhbər Bişkek ətrafındakı ABŞ bazasını yanacaqla təmin etməkdən gedir.

Yerli kütləvi informasiya vasitələrinin prokurorluğa istinadla verdikləri məlumata görə, bazanı yanacaqla təmin edən şirkətlər Maksim Bakiyevə məxsusdur və o bu yanacağı Rusiyadan alırmış.

Araşdırma zamanı bəlli olub ki, hökumət bu şirkətlər üçün gömrük rüsumunu aşağı salıb.

Qırğızıstanın hakim dairələri bundan əvvəl keçmiş prezident və onun qohumlarına qarşı bir sıra ittihamlar irəli sürüb.

Kurmanbek Bakiyev aprelin əvvəllərində çevrilişlə hakimiyyətdən uzaqlaşdırılıb.

XS
SM
MD
LG