Keçid linkləri

2024, 10 May, Cümə, Bakı vaxtı 19:18

Bakıda ikimərtəbəli bina uçub


Mayın 2-də saat 12:33 radələrində Bakının Şamil Əzizbəyov küçəsində ikimərtəbəli bina uçub. Məlumatı ANS PRESS Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətində istinadən yayıb.

Məlumata görə, qəza partlayış nəticəsində baş verməyib və binada yanğın qeydə alınmayıb. hadisə nəticəsində ölən və yaralanan da olmayıb.

Hadisə şahidlərin ANS PRESS-ə verdikləri məlumata görə, binanın uçması nəticəsində ətrafdakı maşınlara ciddi ziyan dəyib.

Hazırda FHN əməkdaşları və Nəsimi rayon Polis İdarəsinin əməliyyat qrupu hadisə yerindədir. Hadisənin hansı səbəblərdən baş verdiyi müəyyən edilir.
XS
SM
MD
LG