Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:27

Nyu Yorkun mərkəzində partlayıcı qurğu


Polis Nyu Yorkun Taym Skver küçəsini nəzarət altına götürür

Polis Nyu Yorkun Taym Skver küçəsini nəzarət altına götürür

Nyu-Yorkun mərkəzində içində partlayıcı mexanizm olan avtomobil zərərsizləşdirilib.

Bu haqda jurnaslitlərə açıqlama verən şəhərin meri Maykl Blumberq deyib ki, yaxınlıqdakı dükanlardan birinin sahibi şübhəli maşın haqqında polisə xəbər verib.

Polis əməkdaşları maşının içindən 2 propan və 2 benzin qabları, saat mexanizmi və məftillər aşkar ediblər. Ərazidən insanlar çıxarılandan sonra mütəxəssislər qurğunu zərərsizləşdiriblər.

Hadisə Nyu Yorkun ən izdihamlı mərkəzi küçələrindən biri olan Taym Skverdə baş verib.

Hazırda avtomobilin kim tərəfindən orada saxlanildığını müəyyəne etmək üçün nəzarət kameralarının görüntüləri analiz edilir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG