Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:33

Xüsusi dəstə 10 nəfər qulduru həbs edir


Bu videoda Hollandiya Hərbçilərindən ibarət bir qrup Almaniyanın “Taipan” gəmisinə hücüm edir. Hollandiya ilə Almaniya arasında hərbi münaqişə?

Yox, əksinə, hollandların gəmidən əsir götürdükləri 10 nəfər Almaniya məhkəməsi qarşısında cavab verəcək. Söhbət Somalia dəniz quldurlarına qarşı həyata keçirilən azsaylı uğurlu əməliyyatlardan birindən gedir.


Aprelin 5-də Somaliya dəniz quldurlarının ələ keçirdiyi “Taipan” yük gəmisi Hollandiya Hərbi dəniz qüvvələrinə məxsus xüsusi dəstə tərəfindən azad edilir, 10 nəfər dəniz qulduru həbs olunur.


ƏMƏLİYYAT NECƏ KEÇİRİLDİ

Hollandiya müdafiə nazirliyinin həmin əməliyyatdan yaydığı video əsasən əsgərlərdən birinin dəbilqəsində yerləşdirilən videokameranın həkk etdiyi görüntülərdən ibarətdir.

Xüsusi dəstə vertolyotla “Taipan”a yaxınlaşıb onun kapitan göyərtəsini havadan atəşə tutur. Sonra əsgərlər gəminin yedəyinə desant olunurlar. Güclü atəşə məruz qalan dəniz quldurları müqavimət göstərmədən təslim olurlar.

DƏNİZ QULDURLARI İLƏ MÜBARİZƏ

Beynəlxalq ictimaiyyət illərdir Somalili dəniz quldurları probleminin həllini tapa bilmir. 90-cı illərdə bu ölkədə vətəndaş müharibəsi baş qaldırandan bəri silahlı somalilər yüzlərlə ticarət gəmisini ələ keçirir, gəmiləri və heyət üzvlərini azad etmək üçün böyük məbləğdə pul tələb edirlər.

2008-ci ildə Avropa Birliyi dəniz quldurlarından qorunmaq üçün xüsusi Beynəlxalq hərbi dəniz qüvvələri yaratdı. Əməliyyatı həyata keçirən Hollandiyalar da məhz həmin qüvvələrin tərkibində hərəkət edirdilər.

"TAİPANI" AZAD ETMƏK NİYƏ MÜMKÜN OLDU

“Taipan”ın azad olunması üzrə əməliyyatın uğurunu təmin edən faktorlardan biri də odur ki, hücuma məruz qazan gəmi heyəti dərhal kömək çağırıb, mühərriki dayandıraraq gəminin təhlükəsiz bir yerində gizlənməyə macal tapıblar. Adətən xüsusi dəstələrin əməliyyatını həyata keçirmək ona görə mümkün olmur ki, dəniz quldurları girov götürdükləri heyət üzvlərini öldürəcəkləri ilə hədələyirlər.

DƏNİZ QULDURLARI HARADA MÜHAKİMƏ OLUNACAQ

“Taipan”dan əsir götürülən quldurlar alman polisinə təhvil verilib, onların məhkəməsi Almaniyada olacaq. Bu da yeni bir hadisədir, çünki indiyə qədər həbs olunan dəniz quldurlarının məhkəməsi bir qayda olaraq Keniyada keçirilirdi. Alman qanunvericiliyinə əsasən dəniz quldurlarını 5 ilə qədər həbs cəzası gözləyir.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG