Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 17:51

Azərbaycanda 1 May rəsmən qeyd edilməlidirmi?


Məmməd Süleymanov
Bu suala «Panorama» verilişində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının əməkdaşı Könül Ələkbərova və jurnalist Məmməd Süleymanov cavab verir.

Məmməd Süleymanov:

«1 May hərəkatı 114 il əvvəl ABŞ-da başladı. O vaxt bu hərəkatı zəruri edən problemlər indi Azərbaycanda daha qabarıqdır. Mən deyərdim ki, Azərbaycan son 17 ildə bir sıra məsələlərdə feodal dövrünün ənənələrinə qayıdıb. 114 il əvvəl ABŞ-da insanlar küçəyə çıxıb 8-saatlıq iş günü, 6-günlük iş həftəsi tələb edirdilər. İndi Azərbaycanda fəhlə təbəqəsindən olan insanlar əsasən günəmuzd işlərdə çalışırlar. Heç əmək müqavilələri də olmur. İstirahət günləri olmadan 12-14 saat çalışırlar. Nə kompensasiya alırlar, nə də sığortaları var. Həmkarlar təşkilatı isə hökumətin yanındadır, hökumət isə əməkçinin yanında deyil. Siz fikir verin, hər seçkidə həm Heydər Əliyevin, həm də İlham Əliyevin namizədliyini hamıdan əvvəl Həmkarlar İttifaqları Konfederasiyası müdafiə edib. Hətta YAP-dan da öncə. Halbuki, onlar Azərbaycanda bütün sosial elementləri tamamilə aradan qaldırıblar…».

Könül Ələkbərova
Könül Ələkbərova:

«Mən 1 Mayın yenidən qeyd edilib-edilməməsi məsələsində bir qədər tərəddüd keçirirəm. Olsa, pis olmaz. Bizim qanunvericiliyə əsasən, Əməyin Mühafizəsi Günü də qeyd edilir. Ancaq mən Həmkarlar Konfederasiyasının əməkçilərin yanında olmaması ilə bağlı deyilən fikirlərlə razılaşmıram. Əslində, bizim Əmək Məcəlləmiz işçilərin hüquqlarının müdafiəsi baxımından çox gözəl qanundur. 8-saatlıq iş günü, istirahət günləri, məzuniyyət və başqa istirahət hüquqları əmək müqavilələrində əksini tapıb. Həmkarlar İttifaqları Konfederasiyası əmək hüquqlarının qorunmasında da yaxından iştirak edir. Azərbaycanda əmək müqavilələrinin olmaması daha çox tikinti sektorunda müşahidə edilir. Əmək müfəttişliyi ilə birgə aparılan araşdırmalarda belə hallar daim üzə çıxarılır və İnzibati Xətalar Məcəlləsinə uyğun da tədbirlər görülür…».

Şərhləri göstər

XS
SM
MD
LG