Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:49

«Fatimeyi-Zəhra» məscidinin dini icması geri çəkilmək niyyətində deyil


Dini icmanın sədri Mirtofiq Rəzizadə AzadlıqRadiosuna bildirib ki, onlar Ali Məhkəmənin qərarından Plenum və Konstitusiya Məhkəməsinə şikayət verəcəklər.

Aprelin 30-da Ali Məhkəmə «Fatimeyi-Zəhra» məscidinin sökülməsi haqqında Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayıb.

M. Rəzizadə deyir ki, onlar hələlik bu qərarı almayıblar, alandan sonra növbəti instansiyaya şikayət verəcəklər.

Məhkəmə qərarında məscidin sökülməsi və həmin ərazinin Suraxanı rayon İcra Hakimiyyətinin balansına verilməsi nəzərdə tutulur.

«Fatimeyi-Zəhra» məscidinin tikintisinə 1996-98-ci illərdə icazə verilib. 2002-ci ildə Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov tikintiyə icazəni ləğv edilib.
XS
SM
MD
LG