Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 04:43
Azərbaycanın solçu partiyaları və ictimai təşkilatlarının bir qrup nümayəndəsi Azad Fəhlə heykəli qarşısında 1 May - Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Gününü qeyd ediblər.

Kommunistlərin, sosialistlərin 30-a yaxın nümayəndəsi abidə önünə gül qoyublar.

Xətai rayon polis və icra hakimiyyəti nümayəndələri tədbirə maneçilik törətməyiblər.

Mitinqdə Azərbaycan solçu qüvvələrinin bəyanatı oxunub. Bəyanatda hökumətin son 20 ildə əhalinin sosial vəziyyətini yaxşılaşdırmadan ölkəni kapitalizmə aparan siyasəti pislənir.

««Sem dayı»nın dəstəyi ilə zəhmətkeş xalq bütün imtiyaz və güzəştlərindən məhrum edilib», - deyə bəyanatda qeyd edilir.

Solçu qüvvələr həmçinin, əhalinin keçmiş SSRİ Əmanət Bankına qoyduğu vəsaitlərin qaytarılmasını və 1 Mayın bayram günü kimi bərpa olunmasını tələb ediblər. / Turan /

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG