Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:42

Afinada etiraz nümayişi keçirilir


Yunanıstanın paytaxtı Afinada hökumətin planlaşdırdığı iqtisadi tədbirlərə etiraz olaraq nümayiş keçirilir.

Ölkənin baş naziri Qeorqi Papandreu bildirib ki, iflasdan yayınmaq üçün yeni ixtisarlar və vergilərin artırılması qaçılmazdır.

Yunanıstan,Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu hazırda Yunanıstana yardım paketini müzakirə edirlər.

Danışıqların istirahət günləri yekunlaşdırılacağı gözlənilir.

Avropa Birliyi ilə Beynəlxalq Valyuta Fondunun yardım paketində ilkin olaraq bu il Yunanıstana 45,ümumilikdə 3 il ərzində isə 120 milyard avro yardım edilməsi nəzərdə tutulur.

Amma ölkə sakinləri şərtlərin ağır olduğunu və bundan əsasən sadə adamların əziyyət çəkəcəyini deyirlər.

Bundan əvvəl Afinada polislə nümayişçilər arasında toqquşma olub.

Mayın 5-də isə ölkədə ümummilli tətil gözlənilir.

Günün bütün mövzuları

XS
SM
MD
LG