Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:37

Iki gəncə 10 sutka həbs verildi


Aprelin 30-da gənclərin keçirdiyi etiraz aksiyasında saxlanmış 11 nəfərdən ikisinə 10 sutka həbs cəzası verilib. Onlar “Müsavat” gənclər təşkilatının sədr müavini Əhəd Məmmədov və ADP gənclər təşkilatının sədri Vüsal Hacıyevdir.

Nəsimi rayon məhkəməsi qalan doqquz nəfəri də cərimə edərək azadlığa buraxıb.

Dünən Müsavat partiyası gənclər təşilkatının sədri Tural Abbaslı da 10 sutka müddətinə həbs edilib.

Aksiya zamanı saxlanan başqa gənclər polis bölmələrində bir neçə saat saxlandıqadan sonra azad ediliblər.

Gənc fəallar aprelin 30-da Dövlət Neft Akademiyasında bir il əvvəl baş vermiş qətliamda həlak olanlar üçün anım mərasimi keçirmək istəyərkən polislə qarşıdurma yaranmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG