Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:18

Iraq təyyarəsi Londonda müsadirə olunub


İraqın Hava yolları şirkətinin rəhbəri Londonda sürprizlə qarşılaşıb. Keçən şənbə günü Bağdaddan Londona ilk kommersiya reysi ilə uçan Kifah Hassanın pasportu və təyyarəsi müsadirə edilib. Səbəb də Səddam Hüseynin zamanında İraqın Küveytə hərbi müdaxiləsi olub.

Uzun illər idi ki, Küveyt London məhkəməsində iddia qaldırmışdı ki, 1990-cı ildə Səddam Hüseyn Küveytə girəndə hava limanını da talan edib və onun təyyarələrindən 10-u əlindən alınıb. İraq isə bildirir ki, həmin təyyarələrdən dördü 1991-ci ildə müttəfiqlərin hava zərbələri zamanı sıradan çıxıb. Qalan altısı ilə Küveytə qaytarılmaq üçün İrana verilib.

Altı il əvvəl London məhkəməsi Küveytə İraq hava yollarının əmlkaını müsadirə etmək hüququ verən qərar çıxarıb. Uzun illərdən bəri Bağdaddan Londona uçan ilk İraq təyyarəsi və İraq Hava yollarının rəhbəri də beləcə Küveytin girovuna çevrilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG