Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:56

Dənizə axmış neft sahillərə yaxınlaşır


ABŞ-ın Sahil Mühafizə qüvvələri bu yaxınlarda Meksika Körfəzində qəzadan sonra dənizə axan neftin Luizana ştatının sahillərinə çatması barədə məlumatları araşdırır. Bu neftdən ən çox ziyan çəkəcəyi gözlənən Luizana ştatında fövqəladə vəziyyət elan edilib. Qubernator mümkün ziyahın aradan qaldlrılmasına kömək üçün 6 min nəfərlik hərbi qüvvə xahiş edib.

Ağ Evin müşamüşavirlərindən biri deyib ki, neft axıntılarına qarşı tədbirlər görülməyincə, Meksika Körfəzində yeni neft yataqlarının qazılmasına imkan verilməyəcək. ABŞ prezidenti Barak Obama da bildirib ki, vəziyyəti qaydaya salmaq üçün onun hökuməti bütün imkanlardan – o cümlədən də hərbi vasitələrdən istifadə edəcək.

Qəzaya uğramış platformadan gündə 800 min litr, əvvəl gözləndiyindən beş dəfə çox neft dənizə axır.

Buna görə Luizana, Missisipi, Alabama və Florida sahillərində ətraf mühitə, çimərliklərə və balıqçılığa çox ciddi ziyan dəyəcəyi gözlənir.

Günün bütün mövzuları

XS
SM
MD
LG