Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:36

Tacikistanda poliomielitə qarşı kütləvi peyvənd başlayıb


Tacikistan mayın 1-dən ölkə boyu poliomielitə qarşı kütləvi peyvənd kampaniyasına başlayır. Son 10 ildə ilk dəfə bu ölkədə həmin xəstəlik kəskin artmağa başlayıb.

Dünya Səhiyyə Təşkilatının məlumatına görə mart ayından bəri poliomielitdən 12 nəfər həlak vəfat edib. 32 nəfərdə bu xəstəlik qeydə alınıb. 171 nəfərdə isə xəstəliyin əlamətləri müşahidə olunub.

BMT-nin uşaq təşkilatı UNİCEF Tacikistana dörd milyon doza peyvənd verib. May və iyun aylarında ölkədə kütləvi peyvənd kampaniyası aparılacaq.

Poliomielit onurğa beyini zədələyərək sinir sistemini sıradan çıxaran bir xəstəlikdir. Əsasən körpə uşaqlarda müşahidə olunur.
XS
SM
MD
LG