Keçid linkləri

2024, 26 Aprel, Cümə, Bakı vaxtı 07:56

Avropa Birliyi ilə Çin İrana sanksiyaları müzakirə edir


Avropa Birliyinin Xarici Siyasət İdarəsinin rəhbəri bildirib ki, Avropa rəsmiləri hazırda Çinlə İrana İranın nüvə proqramı üstündə yaranan vəziyyəti müzakirə edirlər. Əsas sual da budur ki, həmin proqrama görə Tehrana yeni sanksiyalar tətəbiq edilmirsə, onda İranı həmin plandan necə çəkindirməyin mümkün olmasıdır.

O, hesab edir ki, Çinin Baş naziri də nüvə proqramına görə İranı təzyiq altında saxlamaq üçün yeni sanksiyaların zəruri olması fikrini qəbul edəcək. Avropa rəsmiləri hesab edirlər ki, İranla ikitərəfli siyasət aparılmalıdır, həm dialoq davam etdirilməli, həm də yeni sanksiyalar tətbiq edilməlidir.

Avropa ölkələrinin çoxu və ABŞ hesab edir ki, İran nüvə proqramı ilə silah yaratmağa çalışır. Amma Tehran nüvə zənginləşdirməsinin yalnız dinc məqsədlər olmasında israr edir.
XS
SM
MD
LG