Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:12

İran İsraili hədələyib


İran İsraili hədələyib ki, əgər Suriyaya hücum etsə, onun ayaqlarını kəsəcək. Bu barədə İranın vitse-prezidenti Məhmməd Rida Rahimi bugünlər Dəməşqə ikigünlük səfəri zamanı bildirib.

İranın bu bəyanatı bölgədə gərginliyin artdığı vaxtda səslənir. Bu həftənin əvvəlində ABŞ-ın Müdafiə naziri Robert Qeyts də İran və Suriyanı yaraqlı şiə qrupu Hizabullahı silahlandırmaqda ittiham etmişdi.

Bu ayın əvvəlində İsrailin prezidenti Şimon Peres də Suriyanı Hizbullaha raket verməkdə ittiham edib. Suriya bu ittihamı rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG