Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 06:37

Yunanıstanda ölkə miqyaslı tətillər planlaşdırılır


Yunanıstanın Baş naziri George Papandreou aprelin 30-da deputatlar görüşündə bildirib ki, Avropa Birliyi və Beynəlxalq Valyuta Fondu ilə borc danışıqları bu ölkə üçün həyati əhəmiyyət daşıyır.

Afina rəsmiləri ölkənin üzləşdiyi daxili borclar probleminin kəskinləşməməsi üçün mayın 19-a qədər Yunanıstana 60 milyard dollar borc pul verilməlidir.

Avropa Komissiyasının prezidenti Jose Manuel Barroso bu gün bildirib ki, Yunanınstana borc verilməsi barədə danışıqların yaxın günlərdə başa çatacağına ümid edir.

Dünən paytaxt Afinada polislə hökumətin qənaət planlarına qarşı çıxan etirazçılar arasında toqquşma baş verib. Bu plan Yunanıstanda olduqca qeyri-populyardır. Etiraz aksiyası təşkilatçıları deyiblər ki, hökumətin büdcəni sağlamlaşdırmaq üçün qənaət planlarının yeganə qurbanları sadə vətəndaşlar olacaq.
Müxalifət qrupları bu plana qarşı qarşıdakı günlərdə daha sərt etirazlar, o cümlədən də mayın 5-də ölkə miqyasında tətil keçiriləcəyini bildirib.
XS
SM
MD
LG