Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:51
Azərbaycanda ilk İnternet kitab mağazası hesab olunan www.alinino.az mütaliə həvəskarlarına onlayn rejimdə kitab əldə etmələri üçün şərait yaradıb.

Bu sayt vasitəsilə 4 mindən artıq klassik və müasir Azərbaycan ədəbiyyatını, həmçinin rus və ingilis dillərində yazılmış kitabları əldə etmək mümkündür.

"Əli və Nino" onlayn-mağazası elektron kommersiya sisteminə qoşulub, alıcılar nəinki nəğd, hətta kredit kartı vasitəsilə də kitab əldə edə bilərlər. Məhsulu əldə etmək üçün qeydiyyatdan keçmək, lazımi kitabı seçmək, ödəmə vasitəsini müəyyənləşdirmək (kredit kartı və ya çatdırılma zamanı nəğd ödəmə), eləcə də çatdırılacaq ünvanı göstərmək lazımdır.

Onlayn-mağazadan region sakinlərinin kitab əldə etmək şansları da olacaq. Seçilən kitab bir neçə gün ərzində istənilən ünvana çatdırıla bilər.

“Əli və Nino” kitab mağazalarının rəhbəri Nigar Köçərlinin sözlərinə görə, artıq onlayn-mağazanın ilk iş günündə xaricdən sifarişlər edilib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG