Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:32
Belçika parlamentinin aşağı palatası ictimai yerlərdə müsəlman qadınların üz örtüyünü qadağan etdi.

Parlamentin yuxarı palatası olan Senat da bu qanunu təsdiq etsə, Belçika üz örtüyünə görə cinayət məsuliyyəti tətbiq edən ilk ölkə olacaq.

O BİRİ ÖLKƏLƏR...


FRANSA

Fransa da üz örtüyünün qadağan olunmasına doğru gedir, ancaq hökumət ictimai mübahisələri nəzərə alaraq yeni qanunun layihəsini gələn ay müzakirə etməlidir. Fransada bir çoxları hesab edir ki, yeni qanun layihəsi dini azadlıqları və qadın haqlarını pozur.

Fransa prezidenti Sarkozi aprelin 21-də üz örtüyünün tamamilə qadağan olunmasına tərəfdar olduğunu bildirdi.

Fransanın 62 milyonluq əhalisinin 10 faizi müsəlmandır.

Dövlət məktəblərində üz örtüyü 2004-cü ildə qadağan olunub. Həmin qanun dini simvollar haqdadır. Həmin qanunla məktəbə, məsələn, böyük xaçla gəlmək də qadağandır.

Özü artıq valideyn olan tələbə isə universitetə üz və baş örtüyü ilə gələ bilər.
Müəllimə isə belə geyinmək, ümumiyyətlə, dini paltar geyinmək qadağandır.

ALMANİYA

Almaniyada kimin necə geyinməyi dövlətin işi deyil, bu, yerli hökumətlərin işidir.

Federal dövləti yaradan 16 ərazidən 7-də müəllimlərə müsəlman üz örtüyü qadağandır.

Almaniyada 3 milyon 200 min müsəlman var.

İTALİYA


İtaliya müsəlman üz örtüyünü yerli səviyyələrdə qadağan etməyə çalışır. Dövlət səviyyəsində belə qanun yoxdur.

İtaliyada 1975-ci ildə qəbul olunmuş başqa qanun var. İnsanın kimliyini müəyyən etməyə polisə imkan verməyən istənilən üz örtüyü qadağandır.

Bu qanunu pozana 2 il həbs cəzası verilə bilər.

NİDERLAND

Niderland bütün ölkə boyu müsəlmanların üz örtüyünü qadağan etmək istəyirdi. Ancaq bu plandan geri çəkildi.

Yalnız məktəblərdə və hökumət idarələrində üz örtüyü qadağan olundu.

Hökumət qərara aldı ki, bədəni başdan-ayağa kimi gizlədən burqanın və ya yalnız gözü açıq saxlayan niqabın ölkə boyu qadağan olunması dini azadlıqları pozur.

Niderlandda 1 milyon müsəlman yaşayır. Onların fikrincə, Niderlandda çox az qadın burqa və ya niqab geyinir, bunları qadağan etməklə, müsəlmanları qıcıqlandırmaq lazım deyil.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG