Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:24

Bu səhər “Dalğa”nın ofisinə basqın olub


Aprelin 30-da polis “Dalğa” gənclər təşkilatının ofisinə basqın edib. Bu barədə AzadlıqRadiosuna təşkilatın fəalı Rövşən Nəcəfov məlumat verib. Onun sözlərinə görə hazırda təşkilatın ofisi polis nəzarəti altındadır:

“Polis ofisə basqın edib ki, sizin ofisdə mitinq iştirakçılarının yığışacağı barədə məlumat yayılıb”.

“Dalğa”çılar da bu gün ötən il ADNA –da baş verən faciə ilə əlaqədar Cəfər Cabbarlı meydanında aksiya keçirməyə cəhd edib, artıq bir neçə üzvünün polis tərəfindən saxlandığı bildirilir.

Daxili İşlər Nazirliyin-in sözçüsü Ehsan Zahidov məsələdən xəbərsiz olduğunu desə də, onu da bildirib ki, polis asayişi qorumaq üçün istənilən yerdə araşdırma apara bilər.

Günün bütün mövzuları

XS
SM
MD
LG