Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:35

Əbülfəz Qurbanlını mülki geyimli şəxslər saxlayıblar


Əbülfəz Qurbanlı

Əbülfəz Qurbanlı

Xalq Cəbhəsi Partiyasının Gənclər Təşkilatının sədri Əbülfəz Qurbanlı deyir ki, onu bu gün səhər saat 11 radələrində mülki geyimli şəxslər saxlayıblar, Sumqayıt Şəhər Baş Polis İdarəsinə aparıblar, iki saatdan sonra buraxıblar:

«Səhər saat 11-ə işləmiş, mən mağazada olanda bir nəfər mülki geyimli çiynimə toxundu, çevrilib dedim ki, bağışlayın, dedi ki, bağışlamaya bilərsən ki?! Beləcə, mənimlə əlbəyaxa oldu, daha sonra başqa mülki geyimli şəxslər gəldilər, məni Sumqayıt Şəhər Baş Polis İdarəsinə apardılar. Üstümü axtardılar. Dedilər ki, polisin narkotik dəstələrinin axtarması işinə mane olmuşam. İki saatdan sonar buraxdılar. Buraxanda mənə dedilər ki, onsuz da ADNA-nın qarşısında keçiriləcək saat 1-dəki aksiyaya çata bilməyəcəm. Bundan qabaq isə səhər 10 radələrində mənə zənglər gəlirdi ki, bugünkü aksiyaya getməyim».

Sumqayıt Şəhər Baş Polis İdarəsinin növbətçisi bu haqda məlumatının olmadığını bildirdi, Daxili Işlər Nazirliyi ilə əlaqə saxlamağı məsləhət gördü. Daxili İşlər Nazirliyinin əməkdaşı məlumatı araşdıracağını bildirdi.

Aprelin 29-da Müsavat Partiyasının Gənclər Təşkilatının sədri Tural Abbaslı saxlanılıb, 10 sutka həbs cəzası alıb.

BURADA ŞƏRH EDİN

Günün bütün mövzuları

XS
SM
MD
LG