Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:17

Eynulla Fətullayevin məhkəməsi davam edəcək


Aprelin 30-da Eynulla Fətullayevin məhkəməsi davam edəcək. İş üzrə şahidlər dindiriləcək. Şahidlər əsasən məhkumlar və 12 saylı cəzaşəmə müəssisəsinin əməkdaşlarındann ibarətdir.

«Realnı Azərbaycan» və «Gündəlik Azərbaycan» qəzetlərinin təsisçisi və baş redaktoru Eynulla Fətullayev ilk dəfə 2007-ci ildə xocalıların şərəf və ləyaqətini təhqir etmək ittihamıyla 2 il 6 aylığa həbs olunub.

Daha sonra vergidən yayınma və terrorçuluğu qızışdırma ittihamlarıyla onun cəzası 8 il 6 aya çatdırılıb. Hazırda Eynullanın daha bir məhkəməsi gedir.

O, həbsdə qanunsuz olaraq narkotik maddə saxlamaqda ittiham olunur. Jurnalist və hüquq-müdafiə təşkilatları məqsədin onun həbsdə qalma müddətinin uzadılması olduğunu deyir.
XS
SM
MD
LG