Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 10:19

Nəhəng neft ləkələri ABŞ sahillərinə çatıb


Nəhəng neft ləkələri ABŞ sahillərinə çatıb, Missisipi çayına yaxınlaşıb.

Çirklənməyə daha çox məruz qalmaq təhlükəsi olan Luiziana ştatının rəhbərliyi Pentaqona müraciət edib. Müraciətdə mümkün ekoloji fəlakətlə mübarizə üçün əraziyə milli qvardiyanın 6 min hərbçisinin göndərilməsi xahiş olunur.

Bundan əvvəl ABŞ prezidenti Barak Obama Luizianaya mümkün qüvvə göndərəcəklərinə söz verib.

Neft Meksika körfəzində qəza baş verən ərazidən sızır. Ötən həftə platformaların birində partlayış olub, yanğının baş verməsi nəticəsində platforma batıb.

Sızan neft təxminən Yamaykanın ərazisi böyüklüyündədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG