Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 08:15

Sarkisyan və Koçaryan Ermənistanı belə bölüşürlər


Ermənistanın indiki prezidenti Serj Sarkisyan (solda) və keçmiş prezidenti Robert Koçaryan (sağda)
Ermənistanın indiki prezidenti Serj Sarkisyan (solda) və keçmiş prezidenti Robert Koçaryan (sağda)
Bu yaxınlarda Moskvada yerləşən Ermənistan Milli Klubu “Miabanutyun”-nun rəhbəri Smbat Qaraxanyan Rusiya mətbuatına Ermənistandakı korrupsiya ilə bağlı müsahibə verib. O, deyib ki, hakim elita ölkədəki müəssisələrin 85 faizini maliyyə axınının isə 90 faizini əlində saxlayır.

KEÇMİŞ PREZİDENTİN NƏZARƏTİNDƏ OLAN SAHƏLƏR

Moskvada çap olunan “Versiya” qəzeti də yanvarın sonunda Smbat Qaraxanyanın bu mövzuda fikirlərini çap edib. O, bildirir ki, Ermənistanda hökm sürən sistemin banisi, ölkənin ikinci prezidenti Robert Koçaryan bu balaca ölkədə çox nəhəng imkanları öz əlində cəmləyə bilib. Koçaryan hələ hakimiyyətdə olduğu vaxtdan aşağıda sadalanan sektorlara nəzarəti ələ keçirib:

  • vergilər,
  • telekommunikasiya,
  • tikinti,
  • qaz təchizatı,
  • qiymətli daşların emalı və qiymətli daşlarla bağlı digər əməliyyatlar (əsasən idxal və ixrac)
  • ümumi idxal, (bəzi hesablamalara görə 30%-dən 40% dək)
  • hasilat, mineral qazıntıların hasilatı və emalı
  • kommunikasiya və nəqliyyat infrastrukturu (poçt, mülki aviasiya və s.)
Təxmini hesablamalara görə Koçaryan ailəsinin varidatı 4 milyard dollardan az deyil.

İNDİKİ PREZİDENTİN PAYINA DÜŞƏN SAHƏLƏR

Ölkənin hazırkı rəhbərinin payına düşən sahələr isə bunlardır:

  • gömrük sistemi,
  • neft məhsullarının benzin və dizel yanacağı idxalı,
  • metal ixracı və metal qırıntıları,
  • qızıl idxalı və onun satışı,
  • aviadaşımalar və aviaşirkətlər,
  • idxal sahəsi (35-45%)

Qaraxanyanın sözlərinə görə erməni oliqarxlar və yüksək vəzifəli məmurları çirkli pulları əsasən İsveçrədə, Kiprdə, Livanda, Birləşmiş ərəb Əmirliklərində, Lixtenşteyndə və digər yerlərdə yuyurlar.

KOÇARYANIN VAR-DÖVLƏTİ - AZI 4 MİLYARD DOLLAR
Keçmiş prezident Robert Koçaryan

Ermənistan Milli Klubu “Miabanutyun”-nun rəhbəri Smbat Qaraxanyan iddia edir ki, onda Ermənistanın birinci adamlarının konkret nələrə sahib olduğu haqqında onda siyahı var. Qaraxanyanın siyahısına görə keçmiş prezident Robert Koçaryanın var-dövləti aşağıdakılardır:
  • Unibank (ortaq).
  • Artsaxbank
  • MAP (50%).
  • Armeksimbank (ortaq).
  • ABB bank (ortaq).
  • Renko Construction.
  • Zəngəzur mis-molibden kombinatı (90%-dən çox).
  • Ardşininvestbank(50%-dən çox).
  • Konvers-bank (ayrı-ayrı məlumatlara görə 30-50%).
  • Kaputan Sevan Kompleksi 100% (Artak Voskanyanın adı ilə).
  • Nairi Tibb Mərkəzi (Səhiyyə naziri Arutun Kuşkyanla ortaq).
  • Brendlər (Emporio Armani, Stefano Ricci və s.).
  • “BiŞin” tikinti şirkəti (100%).
  • “Dauntaun Yerevan” tikinti şirkəti (böyük oğlu Serdak Koçaryanın vasitəsi ilə).
  • «Н2» teleşirkəti 50% (ortaqlar Samvel Mayrapetyan və hazırki baş nazirin müavini Armen Qevorqyan).
  • “SAS” dükanlar şəbəkəsi (baş nazirin müavini Armen Qevorqyanın vasitəsi ilə 50%-ə sahibdir).
  • “Star” dükanlar şəbəkəsi (30%-i R.Koçaryanın böyük oğlu Serdak Koçaryana məxsusdur).
  • “Noy” (Nuh) konyak-şərab kombinatı 50% (30 illik icarə, ortaq Argentina vətəndaşı Eduardo Ernekyan).
  • ArmPoçt-50% (ortaqlar oğlu Serdak Koçaryan və Eduardo Ernekyan).
  • Mobil telefonların idxalı.
  • Moskvada nəhəng ticarət kompleksi.
  • Moskvada kazino Şarko ilə.
  • Ermənistanda Toyota şirkətinin nümayəndəliyi.

Əvvəlki aktivləri:
  • “K-Telekom” (VivaCell ticarət markası)
  • “OOO” Aqrar sənayesi (1870 ha)
  • Yerevanda Golden Palace Hotel (83%- nin sahibi Serdak Koçaryan)
  • Araratsement 33%

SARKİSYANIN QAZANC YERLƏRİ
Prezident Serj Sarkisyan
Prezident Serj Sarkisyanın (kənar adamların, o cümlədən qardaşı Aleksandr və kürəkəni Mikael Munasyanın adına olan var dövlətlə birlikdə) var-dövlət siyahısı ilə belədir:
  • “Fleş” şirkətinin aktivləri
  • Yanacaqdoldurma məntəqələri şəbəkəsi
  • Dağlıq Qarabağda 3 şərab kombinatı
  • Araq zavodu
  • Bank “Ararat”
  • “Ararat” restoranlar şəbəkəsi (30 restoran)
  • “MİKA” şirkətinin aktivləri (ortaq Mixail Boqdasarov)
  • “MİKA” şirkətinin yanacaq, benzin, aviakerosin (monopoliya), dizel yanacağı sahəsi
  • “MİKA” futbol klubu (qiyməti 40-50 mln dollar)
  • “MİKA-sement”
  • “MİKA-house” tikinti şirkəti
  • Moskvada restoran otel kompleksi
  • Londonda şəxsi ev
  • VTB bank (300000 dollara alıb 28 mln dollara satıb 100%)
  • Müdafiə naziri vəzifəsində çalışdığı vaxt Bolqarıstanın özəl silah zavodları ilə “üçüncü dünya ölkələri”nə silah satışına vasitəçilik edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG