Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 08:36
Avropa Komissiyası - özünün Vyanada yerləşən insan haqları bölməsinin keçirmək istədiyi şeir müsabiqəsini ləğv edib və bölmənin direktoruna məsləhət görüb ki, öz işiylə - Avropa Birliyində insan haqlarının pozulması haqda məlumat toplamaqla məşğul olsun. (AP)

Bölmə şeir müsabiqəsini maarifləndirmə məqsədilə keçirmək istəyirdi, şairlər öz şeirlərində Avropa Birliyinin Əsas Hüquqlar haqqında Xartiyasını xalqa izah etməli idilər.

Siyasi, sosial və iqtisadi haqlara aid həmin sənəd keçən il qəbul edilib.

Avropa Birliyinin Əsas Hüquqlar üzrə Komissarı Vivien Redinq müsabiqəni keçirmək istəyən bölmənin rəhbəri Morten Kyaerumu tənqid edib.

O öz məktubunda yazır ki, şeir müsabiqəsi xartiyanı hörmətdən sala bilər.

“Xartiyanın dili onsuz da hamı üçün aydındır”.

Komissar öz işçisindən tələb edib ki, bundan sonra maarifləndirmə kampaniyası planları haqda ona daha detallı məlumat versin.

Rompuy öz şeir kitabının təqdimatında
Şeir müsabiqəsi ideyasının necə yarandığı bilinmir.

Amma bəlli olan odur ki, Avropa Birliyinin idarəetmə orqanlarında şeir həvəskarı təkcə Morten Kyaerum deyil.

Avropa Birliyinin keçən il seçilən prezidenti Herman van Rompuy hayku (yapon şeir növü) yazır.

Bu yaxınlarda onun ayrıca şeir kitabı da çıxıb.

O, kitabın təqdimat mərasimini də keçirib.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG