Keçid linkləri

2024, 18 May, şənbə, Bakı vaxtı 19:38

ABŞ Azərbaycanla hərbi təlimlərin davam etdiriləcəyinə ümidlə yanaşır


“ABŞ-la Azərbaycan arasında çox yüksək səviyyədə əməkdaşlıq mövcuddur”.

APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Azərbaycandakı müvəqqəti işlər vəkili Donald Lu deyib.

O, ötən il ABŞ-la Azərbaycan arasında yüksək səviyyədə hərbi təlimlər keçirildiyini və gələcəkdə də bu sahədə əməkdaşlığın davam etdiriləcəyinə ümidlə yanaşdığını bildirib.

Qeyd edək ki, Azərbaycanın ABŞ-la birgə hərbi təlimlərdən birtərəfli qaydada imtina etməsi barədə məlumat yayılıb.

Azərbaycanın Müdafiə Nazirliyi hərbi təlimlərin təxirə salındığını bildirsə də hələlik bunun səbəbinə aydınlıq gətirməyib.
XS
SM
MD
LG