Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 08:04

Hindistan və Pakistanın baş nazirləri görüşüb


Bu gün Hindistan və Pakistanın baş nazirləri arasında birbaşa görüş olub.

Hindistanın baş naziri Manmohan Singlə Pakistanın baş naziri Yusif Rza Gilani Butanda keçirilən regional sammit çərçivəsində görüşüblər.

Hələlik danışıqların detalları barədə ətraflı məlumat yoxdur.

2008-ci ildə Hindistanın Munbay şəhərində 170 adamın ölümüylə nəticələnmiş terror aktından sonra tərəflər arasında münasibətlər daha da gərginləşib.

Hindistan hesab edir ki, bu terror aktının arxasında Pakistandakı silahlı qrup durur.

Kəşmirə görə Hindistanla Pakistan arasında 3 dəfə müharibə olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG