Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:07

Uşaq bağçasına hücum olub, 28 uşaq bıçaqlanıb


Çinin şərqində uşaq bağçasına hücum olub. Hücum edən şəxs 28 uşağı və 3 böyük şəxsi bıçaqlayıb. Zərərçəkənlərin əksəriyyəti 4 yaşındakı uşaqlardır. Onlardan 5-nin vəziyyəti ağırdır.

Hücum edən 47 yaşlı yerli sakin artıq saxlanıb. Aprelin 28-də də eyni hadisə Çinin cənubunda baş verib, 15 məktəbli və müəllim bıçaqlanıb.

Bu arada dünən axşam bir neçə həftə əvvəl 8 uşağı bıçaqlayaraq öldürən adam edam edilib. Öldürülən uşaqlar məktəb məşğələlərindən sonra valideynlərini gözləyirmiş.

Günün bütün mövzuları

XS
SM
MD
LG