Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:11

Moskva insan haqları ilə bağlı müzakirələrə açıqdır


Rusiya prezidenti insan haqları ilə bağlı müzakirələr aparmağa hazırdır. Dmitri Medvedev deyib ki, Moskva QHT, hökumətlərlə bu məsələni müzakirə etməyə açıqdır.

Bununla belə prezident əlavə edib ki, «bu, bizim problemdir və yalnız bizim tərəfdən həll olunmalıdır».

Bu barədə Medvedev Danimarka baş naziri Lars Loekk Rasmussen ilə Kopenhagendə keçirilən birgə mətbuat konfransında bəyan edib.
XS
SM
MD
LG