Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 19:07

«Əfqanların dörddə biri prezident Kərzaini dəstəkləyir»


Pentaqon hesab edir ki, ölkənin əsas regionlarında əfqanların yalnız dörddə biri prezident Həmid Kərzai hökumətini dəstəkləyir.

ABŞ Müdafiə nazirliyinin Konqresə təqdim etdiyi 152 səhifəlik hesabatda qeyd olunur ki, hökumətin korrupsiya ilə mübarizə aparmaq üçün siyasi iradəsi «şübhəli olaraq qalır».

Hesabatın açıqlanması prezident Kərzainin Vaşinqtona səfərindən bir qədər əvvələ təsadüf edir.

Kərzai mayın 10-da Amerikaya gedəcək, həmkarı Barak Obama ilə Əfqanıstana əlavə 30 min ABŞ hərbçisi yerləşdirilməsi ilə bağlı narahatlıqları müzakirə edəcəklər.
XS
SM
MD
LG