Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 06:17

Rusiyalı həmsədr Xankəndinə gedir


Ermənistanda səfərdə olan ATƏT-in Minsk qrupunun yeni rusiyalı həmsədri İqor Popov aprelin 29-da Xankəndinə yola düşəcək.

Dünəndən Yerevanda səfərdə olan həmsədr Ermənistan prezidenti Serj Sarkisyanla görüşüb.

Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin müzakirə olunduğu görüşdə Ermənistan prezidenti diplomatı yeni təyinat münasibətilə təbrik edib və ümidvar olduğunu bildirib ki, o, Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanmasına öz töhfəsini verəcək.

Həmsədrlərin geniş tərkibdə növbəti dəfə mayın 5-i Vyanada bir araya gəlməsi gözlənilir. /AnsPress/

Günün bütün mövzuları

XS
SM
MD
LG