Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:17

Azərbaycan və Ermənistan nümayəndə heyətləri görüşüb


Avropa Şurası Parlament Asambleyasındakı (AŞPA) Azərbaycan və Ermənistan nümayəndə heyətləri arasında görüş keçirilib. Görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə edilib.

«AzərTAc»ın məlumatına görə, AŞPA prezidenti Mövlud Çavuşoğlu, asambleyanın baş katibi Matyas Sorinas da görüşə qatılıblar.

Azərbaycan nümayəndə heyətinin sədri Səməd Seyidov deyib ki, AŞPA-nın iyun sessiyasında Ermənistan təmsilçiləri ilə daha bir görüş olacaq.

Həmin görüşdə AŞPA-da Azərbaycan və Ermənistan müxalifətini təmsil edən şəxslər də iştirak edəcək. Dağlıq Qarabağ üzrə Alt Komitənin fəaliyyətinin bərpa edilməsinə gəldikdə, Səməd Seyidov prosesin yeni başladığını və davam etdiriləcəyini bildirib.

Dağlıq Qarabağ münaqişəsinə AŞPA-nın aprelin 28-də keçirilən plenar iclasında da toxunulub.
XS
SM
MD
LG