Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 13:47
Milli Kitab Mükafatı müsabiqəsinin qalibləri mayın 16-da elan ediləcək. “Media forum” saytına açıqlamasında mükafatın təsisçisi Nigar Köçərli belə deyib:

“Qaliblərin elan olunması mərasiminin mayın 1-dən 16-na keçirilməsi sponsorların xahişidir. Onlar bu layihəyə ciddi yanaşdıqlarını və xüsusi önəm verdiklərini bildirdilər. Mərasimin daha orijinal keçirilməsi üçün vaxt istədilər, biz də razılaşdıq”.

N.Köçərli bildirib ki, yaranmış əlavə müddətdə münsiflər əsərlərin oxunmasını davam etdirə və öz qiymətləndirmələrini verə bilərlər:

“Artıq münsiflər heyəti üzvlərinin bir neçəsinin bildirişlərini almışam. Yəqin ki, may ayının əvvəllərinə qədər hər biri öz münasibətini bildirəcək. Qaliblərin adları yalnız mayın 16-da açıqlanacaq”.

Mərasimə ictimai xadimlərin, ziyalıların və media nümayəndələrinin dəvət ediləcəyini deyən N.Köçərli onun harada keçiriləcəyini açıqlamayıb: “Bunu açıqlamıram. Amma bu mərasimim çox orijinal, maraqlı keçməsini istəyirəm”.

“Əli və Nino” Nəşrlər Evinin “Azercell”, “Azərsun” və “Qarant Sığorta” şirkətlərinin dəstəyi ilə keçirdiyi Milli Kitab Mükafatının 10-luğu belədir:

Şərif Ağayar: “Kərpickəsən kişinin dastanı” (povest)
Əlabbas: “Qiyamçı” (roman)
Nəriman Əbdülrəhmanlı: “Yalqız” (roman)
Samit Əliyev: “Sem şaqov v napravlenii zakata” (povest)
Eyvaz Əlləzoğlu: “Odunçu geri qayıdır” (roman)
Elxan Qaraqan: “A” (roman)
Kamran Nəzirli: Hekayələr toplusu
Əjdər Ol: Portret hekayələr
Rafiq Tağı: Hekayələr toplusu
Fəxri Uğurlu: Hekayələr toplusu.

Münsiflər heyəti 10 ən yaxşı əsərdən 3-nü müəyyənləşdirməlidir. Birinci yerin qalibi 3000 manat, ikinci yerin qalibi 2000 manat, üçüncü yerin qalibi 1000 manat qazanacaq. Bundan əlavə, bir gənc yazıçıya Gənclər və İdman Nazirliyindən 1000 manat məbləğində mükafat veriləcək.

Müsabiqəyə təqdim olunan 265 əsərdən 205-i Azərbaycan, 60-i rus dilində olub. Müsabiqənin ekspertlər şurası bütün əsərləri incəliyərək 20 əsərdən ibarət uzun siyahı, sonra isə ilk 10-luğu hazırlayıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG