Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:57

Avrozona risk altındadır


Beynəlxalq Valyuta Fondunun rəhbəri Dominik Stross Kan bildirib ki, avrozona Yunanıstanda yaranmış börc böhranına görə risk altındadır.

O bunu bu gün Berlində Almaniyanın maliyyə naziri Volfqanq Şeyble, Avropa Mərkəzi Bankının prezidenti Yan Klod Trişe və Almaniya parlamentinin üzvləri ilə görüşdən sonra deyib.

Dominik Stross Kan bildirib ki, Avrozonaya inam təhlükə altında olduğundan biz tez və qəti hərəkət etməliyik.

Avro zonasına daxil olan ölkələr mayda Yunanıstanda yaranmış maliyyə böhranını müzakirə edəcəklər.

Məlumatlara görə Beynəlxalq Valyuta Fondu Yunanıstana yardım paketində öz payını 10 milyardan 25 milyard avroya qaldırmaq fikrindədir.

Avropa Birliyi ilə Beynəlxalq Valyuta Fondu ümumilikdə Yunanıstana 45 milyard avro yardım vəd ediblər.
XS
SM
MD
LG