Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:15

«Bu, Azərbaycan üçün tarixi hadisədir»


Türkiyə ilə imzalanan qaz anlaşması Azərbaycanın qaz ixracı potensialını yüksəldəcək
Türkiyə ilə imzalanan qaz anlaşması Azərbaycanın qaz ixracı potensialını yüksəldəcək
«Bu, Azərbaycan üçün tarixi hadisədir». Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban belə deyib. «İşdən sonra»da Azərbaycanla Türkiyə arasında qaz anlaşmasından, bu anlaşmanın gələcək perspektivlərindən danışılıb.

İlham Şaban deyib ki, Türkiyə ilə imzalanan qaz anlaşması Azərbaycanın qaz ixracı potensialını yüksəldəcək:

- Azərbaycanın nəinki iqtisadi baxımdan dilimizdə adət olmuş neft dollarları, o cümlədən qaz dollarları da onun üstünə gələcək. Bu layihədə hansısa qiymətdən danışmaq texniki məsələlərdir. Uzun müddətli layihələr üçün bu cür şeylər əhəmiyyət daşımır.

«Atlas» Araşdırmalar mərkəzinin rəhbəri Elxan Şahinoğlu isə deyib ki, Azərbaycan Türkiyənin təzyiq altında geri çəkilmədiyini görəndən sonra qaz anlaşmasını imzalamağa hazırlıq görüb:

- Azərbaycan hakimiyyətində belə bir düşüncə var idi ki, Türkiyə Qərbin təsiri altında Ermənistanla imzaladığı protokolları ratifikasiya edəcək. Türkiyə vədinə sadiq qaldı. Qaz anlaşması imzalanandan sonra münasibətlər əvvəlki axara qayıtmalıdır.



/Hazırladı Gülər Qasımova/
XS
SM
MD
LG