Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:23

Moskvada azərbaycanlı iş adamlarının tikdirdiyi otelin açılışı olub


Moskvada azərbaycanlı iş adamlarının tikdirdiyi “Radisson Royal Hotel, Moscow” adlı mehmanxananın təntənəli açılışı olub.

Açılış mərasimində Moskva meri Yuri Lujkov və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak ediblər.

Otel keçmiş “Ukrayna “ mehmanxanasının əsasında qurulduğundan simvolik olaraq tarixi adını da qoruyacaq.

Soydaşlarımız Qod Nisanov və Zarah İliyevin sahibi olduqları otelin qarşısında digər ölkələrlə yanaşı Azərbaycan bayrağı da dalğalanır.

Oteldə Azərbaycanla bağlı çox şeylər var.

Bəzi otaqlarda milli xalçalar və ornamentlərdən istifadə olunub.

Otel 275 milyon dollara alınıb, onun yenidən qurulması isə 300 milyon dollara başa gəlib.

Günün bütün mövzuları

XS
SM
MD
LG