Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 00:23

Avropa Birliyi Azərbaycanla Türkiyə arasındakı razılaşmanı alqışlayır


Avropa Birliyi qazın nəqliylə bağlı Azərbaycanla Türkiyə arasında əldə olunmuş razılaşmanı alqışlayır.

Bunu Avropa Birliyinin energetika məsələləri üzrə komissarı Günter Ottinger deyib.

O qeyd edib ki, Türkiyə ilə Azərbaycan “Cənub dəhlizi” layihəsinin reallaşmasında əsas tərəfdaşlar olduğundan belə bir saziş qazın strateji cəhətdən bölüşdürülməsinə yol açır ki, bu da layihənin əsasını və enerji təhlükəsizliyinin təminatını təşkil edir.

Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldız ötən həftə qazın nəqliylə bağlı Azərbaycanla Türkiyə arasında razılaşma əldə olunduğunu bəyan edib.
XS
SM
MD
LG