Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 10:40

Ümid Partiyası mitinqi təxirə saldı


Ümid Partiyası mayın 1-ə planlaşdırdığı mitinqi təxirə saldı. Buna səbəb Bakı Şəhər İcra Hakimiyyətinin partiyanın mitinq keçirmək üçün istədiyi yerləri (Fizuli meydanı, “Nərimanov” kinoteatrının qarşısı və ya Ukrayna dairəsi) ayırmaması olub.

Partiyadan AzadlıqRadiosuna verilən məlumata görə, şəhər icra hakimiyyəti Ümidə üç yerin (Binəqədi qəsəbəsinin İdman-Sağlamlıq Kompleksinin stadionu, 20-ci yaşayış sahəsi, Elçin Əzizov küçəsində yerləşən sürücülük məktəbinin həyətindəki meydança və ya Zığ yolu küçəsi, 29/22-ci məhəllə ilə üzbəüzdəki meydança) birində keçirə biləcəkləriylə bağlı cavab məktubu göndərib.

Ümid Partiyasının şəhər rəhbərliyinin cavabını Konstitusiyanı və “Sərbəst toplaşmaq azadlığı haqqında” qanunu pozması kimi qiymətləndirir və təklif olunan yerlərdə mitinq keçirməyi məqsədəuyğun saymır. 1 may mitinqini təxirə salsa da, partiya yetkililəri Bakı Şəhər İcra Hakimiyyətini məhkəməyə verəcəklərini bildirir və icazəsiz aksiyalara başlamağı da istisna eləmirlər.

Ümid Partiyası seçkiöncəsi mühitin demokratikləşdirilməsi və Seçki Məcəlləsinin dəyişdirilməsi tələbi ilə mayın 1-də mitinq keçirmək üçün paytaxt meriyasına müraciət etmişdi.
XS
SM
MD
LG