Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 19:57

«Amnesty İnternational» Azərbaycan hökumətini öhdəliklərinə əməl etməyə çağırır


«Amnesty İnternational» təşkilatı Azərbaycan hökumətini sərbəst toplaşma azadlığına hörmət etməyə çağırıb. «Amnesty International»ın Avropa və Mərkəzi Asiya proqramının direktoru Halya Qovan bildirib ki, «dinc nümayişçilərin dağıdılması Azərbaycan hökumətinin fərqli düşünənləri susdurması üçün etdiyi ən son cəhddir».

İki gün əvvəl 80-ə yaxı «Azadlıq» blokunun tərəfdarı aksiyaya gedərkən polis və mülki şəxslər tərəfindən saxlanıb, avtobuslara və polis maşınlarına mindirilərək ərazidən uzaqlaşdırılıb.

Təşkilat Azərbaycan hökumətini beynəlxalq öhdəliklərinə uyğun olaraq sərbəst toplaşma və ifadə azadlığına müdafiə etməyə çağırıb.

Aprelin 26-da saxlanan müxalifətçilərin 40-ı daha sonra şəhər kənarında sərbəst buraxılıb, daha 30 nəfər isə polis məntəqəsinə aparılıb, 5 saatdan sonra sərbəst buraxılıb. 10 nəfər polisə müqavimət və ictimai asayişi pozmaqda ittiham olunub. 5 müxalifətçi 20 manat cərimələnib, daha 5-nə xəbərdarlıq edilib.

Polis bildirib ki, bir neçə jurnalist də daxil olmaqla, nümayişçilərin saxlanmasına səbəb onların icazəsiz aksiya keçirmələridir. Baxmayaraq ki, bundan əvvəl meriya nümayiş keçirmək üçün nümayişçilərin müraciətini qəbul etməmişdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG