Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:09

Murakaminin yeni romanı rekord vurdu


Tanınmış yapon yazıçısı və bəzilərinin Nobel mükafatına ən real namizədlərdən saydığı Haruki Murakaminin yeni əsəri ölkəsində 12 günə 1 milyon nüsxə satılıb.

Heç aprelin 16-da kitab satışa çıxarılan zaman dükanların qarşısında növbələr yarananda da "1Q84" romanının üçüncü hissəsinin belə böyük ajotaja səbəb olacağını az adam proqnozlaşdırırdı.

“Sintyosa” nəşriyyatı bildirib ki, kitab dükanlarının sifarişlərinə uyğun olaraq axır 12 gün ərzində daim tirajı artırmağa məcbur olublar.

Nəşriyyat etiraf edir ki, indiyəcən heç bir yapon yazıçısının əsəri belə uğurla satılmayıb.

Əsərin əvvəlki iki bölümü də keçən ilin yekunlarına görə kitab satışında lider olublar, ümumilikdə həmin bölümlərin 2 milyon nüsxəsi satılıb.

Oxucuların əsərə belə böyük marağının bir səbəbi də peşəkar PR fəaliyyətinin nəticəsidir.

Nəşriyyat nəinki əsərin məzmunu haqda əvvəlcədən mətbuata məlumat sızmasına yol verməyib, hətta kitabın üz qabığının necə olacağı da gizli saxlanıb.

(Roman haqda ətraflı burda oxuya bilərsiz)

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG