Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 02:11

«Royal Dutch Shell»in gəliri 50 faiz artıb


Avropanın ən böyük neft şirkəti «Royal Dutch Shell»in gəliri bu ilin ilk rübündə 50 faiz artıb.

Xalis gəliri təxminən 5,5 milyard dollar olub.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə şirkətin gəliri 1,5 milyard dollar artıb.

2009-cu illə müqayisədə neft hasilatı 6 faiz artıb, hazırda gündəlik 3,6 milyon barrel neft hasil edilir.

«Shell»dən qabaq digər neft şirkətləri - «British Petroleum», «ExxonMobil» da gəlirlərini açıqlayıb. BP ilin ilk rübündə 6 milyondan çox gəlir əldə edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG