Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 23:02

Bu il tikintidə 15 nəfər ölüb


2010-cu ildə tikinti və digər sahələrdə bədbəxt hadisələr nəticəsində 15 nəfər ölüb.

Bunu AzadliqRadiosuna Dövlət Əmək Müfəttişliyinin rəisi Nəbi Şükürlü deyib. Onun sözlərinə görə, bu 2009-cu ilin müvafiq dövrü ilə eynidir.

Əmək Müfəttişliyinin rəisi ötən illərlə müqayisədə tikinti və digər sahələrdə ölüm hallarının azaldığını deyir: «Əgər 2007-ci ildə 128 ölüm halı olubsa, 2009-cu ildə bu rəqəm 69 olub. Yenə də ən çox ölüm və xəsarət alma halları tikinti sektorun payına düşür».

Nəbi Şükürlü bədbəxt hadisələrin azalmasını bu sahədə aparılan monitorinqlər, cərimələr və maarifləndirmə işinin gücləndirilməsi ilə əlaqələndirir. Onun sözlərinə görə Əmək Müfəttişliyi maneəsiz olaraq istənilən müəssisəyə, tikinti şirkətinə daxil olub yoxlamalar apara bilir. Onun sözlərinə görə həmin yoxlamalar nəticəsində əmək qanunvericiliyini pozduğuna görə 2009-cu ildə müxtəlif qurumlar 587 min manat cərimə olunub.
XS
SM
MD
LG