Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:44

Eynulla Fətullayevin məhkəməsi davam edir


Aprelin 28-də Qaradağ rayon məhkəməsində narkotik saxlamada təqsirləndirilən jurnalist Eynulla Fətullayevin məhkəməsi davam edir. Proses zamanı 12 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat şöbəsinin rəisi Kərim Şirinov dindirilib. O, E. Fətullayev və vəkilinin suallarını cavablandırıb. Hazırda proses davam edir.

«Gündəlik Azərbaycan» və «Realnı Azerbaydjan» qəzetlərinin baş redaktoru Eynulla Fətullayev 2007-ci ildə həbs olunub. Terrora çağırış, milli ədavəti qızışdırma və vergidən yayınmaqda təqsirli bilinərək 8 il yarım azadlıqdan məhrum edilib.

2009-cu il dekabrında isə saxlandığı 12 saylı cəzaçəkmə yerində Eynulla Fətullayevin üstündən narkotik maddə olan heroin tapılıb. Bundan sonra ona qarşı narkotik maddə saxlama ittihamı irəli sürülüb. Bu günkü məhkəmə prosesində bu ittiham araşdırılacaq.

Beynəlxalq hüquq müdafiə təşkilatları Eynulla Fətullayevin həbsini qanunsuz sayır, Azərbaycan hökumətindən onu azadlığa buraxmağı tələb edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG