Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 06:30

Pentaqon Suriya və İranı ittiham edir


Pentaqon rəhbəri Suriya və İranı radikal Hizbulla qruplaşmasına silah göndərməkdə günahlandırıb.

Robert Qeyts aprelin 27-də bunu Vaşinqtonda İsrail müdafiə naziri Ehud Barakla danışıqlardan sonra bəyan edib.

Qeyts xatırladıb ki, BMT Təhlükəsizlik Şurasının 2006-cı ildə qəbul etdiyi qətnaməyə görə Hizbulla və İsrail arasında münaqişədən sonra Livana silah göndərilməsi qadağan edilib. Yalnız Livan hökumətinin razılaşdırdığı silahlar istisnadır.

Dünənki danışıqlarda İranın nüvə proqramı da müzakirə edilib. Ehud Barak ABŞ-ın mövqeyini dəstəkləyib, bununla belə xəbərdarlıq edib ki, İrana qarşı tədbirlər bu ölkə nüvə silahına yiyələnə kimi tətbiq edilməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG