Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 09:50
Aprelin 28-i səhər saatlarında Nizami rayonu ərazisində yerləşən, «8 km bazarı»nda yanğın baş verib. Təxminən 50 dəqiqədən sonra yanğın söndürlüb.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin rəisi müavini, polkovnik Rza Xudiyev jurnalistlərə deyib ki, bu gün saat 9.00 radələrində FHN-ə bazarda yanğın baş verməsi barədə məlumat daxil olub, əraziyə yanğınsöndürənlər və xilasedicilər cəlb edilib. Onun sözlərinə görə, yanğın 800 kvadratmetr ərazini əhatə edib.

Hazırda təhlükəsizlik tədbirləri davam etdirilir, ərazidə olan tüstülənmənin qarşısı alınır.

APA-nın Nizami rayon Polis İdarəsinə istinadən yaydığı xəbərə görə, yanğın geyim əşyaları satılan hissədə başlayıb. Hadisə yerinə 15 yanğınsöndürən və təcili tibbi yardım maşınları cəlb olunub.

Yanğın nəticəsində xəsarət alan olmayıb. Hadisənin səbəbləri hələlik məlum deyil, faktla bağlı araşdırma aparılır.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG