Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:31

ATƏT sədri Qarabağ məsələsini müzakirə edib


Aprelin 27-də ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi, xarici işlər naziri Kanat Saudabayev Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarov və Edvard Nalbandyanla telefon danışığı aparıb.

APA-nın məlumatına görə, ATƏT sədri nazirlərlə Dağlıq Qarabağ münaqişəsinin nizamlanma prosesinin vəziyyəti və perspektivlərini müzakirə edib. O, nizamlanmanın yollarının axtarışında səylərin artırılmasına səmimi marağı olduğunu, bu prosesdə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin ATƏT-ə sədr ölkənin başçısı kimi şəxsən iştirakının mümkünlüyünü qeyd edib.

Tərəflər həmçinin iyulun 16-17-də Almatıda ATƏT-ə üzv ölkələrin XİN başçılarının qeyri-formal görüşünə hazırlıq və bu il Nursultan Nazarbayevin təşəbbüsü ilə keçiriləcək ATƏT sammitinin gündəliyini müzakirə ediblər.


XS
SM
MD
LG