Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 21:39

Ukrayna uğrunda döyüşlər...


Aprelin 27-də Ukrayna parlamenti əsl savaş meydanına çevrilib, əlbəyaxa döyüş, yumurta atəşləri və tüstü qumbaralarının partlayışı. (VİDEO)

Elə parlament binasının ətrafına da minlərlə etirazçı toplaşıb.

Bütün bunların səbəbi – Ukraynanın yeni – rusiyayönümlü hökumətinin – Krımdakı rus bazasının 2042-ci ilə qədər mövcudluğunu davam etdirməsinə icazə verməsidir.

Qərbyönümlü müxalifət parlamentdə bu qərarın təsdiqinə mane olmağa çalışıb.

İqtidar və müxalifət deputatları əlbəyaxa olublar, ağız-burnu qanayan, paltarı cırılan da olub.

Müxalifətçilər parlamentin spikeri Vladimir Litvini yumurta atəşinə tutublar,

SPİKER ÇƏTİR AÇIB ARXASINDA DALDALANMAĞA MƏCBUR OLUB

Bütün bu dava-dalaşa baxmayaraq prezident Yanukoviçin parlamentdəki tərəfdarları – rus donanmasının Ukraynada daha 25 il qalması haqda qərarı təsdiqləyiblər.

Parlament qarşısında müxalifətçilərin aksiyası. 27 aprel 2010
Müxalifətçilər hətta səsvermənin nəticəsini göstərən elektron tabloya da yumurta atıblar.

Spiker Litvin qərarı elan edib.

“Lehinə 236 səs. Qərar təsdiq edildi”.

Bir saat sonra saziş Rusiya parlamentində də təsdiq edilib.

Ukrayna prezidenti Yanukoviç və Rusiya prezidenti Medvedev donanma haqda sazişi aprelin 21-də imzalamışdılar. Bunun əvəzində Rusiya da

UKRAYNAYA QAZ QİYMƏTLƏRİNDƏ 30 FAİZ GÜZƏŞT ETMİŞDİ

Parlamentin ətrafında isə minlərlə müxalifətçi rus bazasının icarə müddətinin uzadılmasına etirazlarını bildiriblər.

İndiki prezident Yanukoviçin əleyhdarları – qərbyönümlü siyasətçilər Yuliya Timoşenko və Viktor Yuşşenko rus bazasını Ukrayna torpağında görmək istəmirıər. Onlar bazanı – hazırkı icarə müqaviləsinin başa çatdığı zaman – 2017-ci ildə - Krımdan çıxarmaq istəyirdilər.

Müxalifət lideri Yuliya Timoşenko parlamentin qərarını “Ukrayna tarixində qara səhifə” adlandırıb.

O aprelin 27-dəki etiraz aksiyasında çıxış edərək mayın 11-ə - parlamentin qarşısına böyük mitinq təyin edib, müxalifətin erkən seçkilərə nail olmasına və Yanukoviçi hakimiyyətdən getməyə məcbur etməsinə çağırıb.

“Bizim birliyimiz parlamentdə sayımız artıra, biz çoxluğa sahib ola və nəinki 5, 3, yaxud 2i il, bundan da tez yeni prezident seçə bilərik”.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG