Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 21:33

Rusiyayla Norveç Barens dənizini bölüşdürdülər


Rusiya və Norveç Şimal qütbü yaxınlığındakı Barens dənizindəki mübahisəli ərazini blüşdürməklə bağlı ilkin razılaşma əldə ediblər. Norveçdə səfərdə olan Rusiya prezidenti Dmitri Medvedev bildirib ki, tərəflər müzakirələri dayandırmaq və sazişi hazırlamaqla bağlı qərar veriblər.

On illərdir ki, Rusiya və Norveç Barents dənizinin neft-qaz ehtyatları ilə zəngin olduğu ehtimal edilən buzla örtülü bir hissəsindən ötrü mübahisə edirdilər. NOrveçin Baş naziri Jens Stoltenberq bildirib ki, indi çox sadə prinsiplə razılaşıblar – mübahisəli ərazini tən yarısı Norveçin, digər yarısı Rusiyanın olacaq.
XS
SM
MD
LG