Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 09:03

Ukrayna parlamenti dəniz bazasının icarəsiylə bağlı sazişi təsdiqlədi


Ukrayna və Rusiya parlamentləri bu gün Krımdakı, Qaradəniz Hərbi dəniz bazasının 2042-ci ilə Moskvaya icarəyə verilməsi ilə bağlı sazişi ratifikasiya ediblər.

Ukrayna Parlamentində sənədin lehinə lazım olandan 10 səs çox, 236 səs verilib. Rusiya parlamentinin 450 deputatından isə 410-u sənədin lehinə səs verib.

Sevastopoldakı bazanın öncəki icarə müddəti 2017-ci ildə başa çatırdı. Ötən həftə Xarkovda Ukraynanın yeni prezidenti Viktor Yanukoviç və Rusiya prezidenti Dmitri Medvedev icarənin daha 25 illiyinə uzadılması haqda saziş imzalamışdılar. Əvəzində Rusiya Ukraynaya satdığı təbibi qazın qiymətini 30 faiz ucuzlaşdırııb.

Müxalifət rus hərbi donanması ilə bağlı sazişi Ukraynanın milli maraqlarının satılması kimi qiymətləndirir.
XS
SM
MD
LG