Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:47
Bakı Slavyan Universitetinin rektoru, yazıçı Kamal Abdullanın "Yarımçıq əlyazma" romanı dövlət mükafatına təqdim edildi. Bu barədə Elm, mədəniyyət və ədəbiyyat üzrə dövlət mükafatları komissiyası məlumat yayıb. Əsəri mükafata Azərbaycan Yaradıcılıq Fondu təqdim edib.

Ədəbiyyat sahəsində dövlət mükafatına təqdim edilən digər iki əsər "Heydər Əliyev və Azərbaycan ədəbiyyatı" və "Mircəlalın elmi-nəzəri görüşləri"dir.

“Heydər Əliyev və Azərbaycan Ədəbiyyatı” əsərinin müəllifləri Bəkir Nəbiyev, Məhərrəm Qasımlı, Teymur Kərimov, Vilayət Quliyev, Nikpur Cabbarlı, Nizaməddin Şəmsizadədir.

Əsəri mükafata Bəkir Nəbiyevin rəhbərlik etdiyi Ədəbiyyat İnstitutu (MEA) və Azərbaycan Yazıçılar Birliyi təqdim ediblər.

“Mir Cəlalın elmi-nəzəri görüşləri”nin müəllifi isə Gülxani Pənahdır (Şükürova). Mükafata Folklor İnstitutu (MEA) tərəfindən təqdim edilib.

Komissiya xahiş edir ki, dövlət mükafatlarına irəli sürülmüş işlərlə ictimaiyyətin geniş tanış olması və müvafiq rəylərin bildirilməsi məqsədi ilə idarə və təşkilatlar, ictimai və yaradıcı birliklər sözügedən işlərin müzakirəsini təşkil etsinlər.

Mədəniyyət sahəsi üzrə dövlət mükafatına təqdim edilən işlər: .

1. Ramiz Zöhrabov, Rəhilə Səfərəliyeva, Fərid Kərimov, Hikmət Hüseynov, Mənsum İbrahimov, Taleh Babayev, Eldar Mansurov, Ağaxan Abdullayev, Sehmur Quliyev, Məcnun Kərim, Səhraf Mustafayev, Eldar Əliyev – “Azərbaycan muğamı” interaktiv audiovizual multimedia toplusu.

Təqdim edən: Azərbaycan Teatr Xadimləri İttifaqı.

2. Alim Qasımovun ifaçılıq fəaliyyəti.
Mədəniyyət və Turizm Nazirliyi təqdim edib.

Bu ilin fevralında prezident İlham Əliyev Elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının tərkibi təsdiqləyib.

Baş nazir Artuq Rasizadə komissiyasının sədri təyin olunub.

Prezidentin imzaladığı fərmanda göstərilir ki, Nazirlər Kabinetinə komissiyası ilə birlikdə Dövlət Mükafatları laureatlarının diplomu və fəxri döş nişanlarının təsvirinə dair təklifləri iki ay müddətində hazırlayıb Prezidentə təqdim etmək və Dövlət Mükafatları komissiyasının fəaliyyətinin təşkili ilə bağlı olan və bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG