Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 01:06

«Parlament soyqırımı iddialarının müzakirəyə çıxarılmasına münasibət bildirsin»


Milli Məclis İsrail parlamentində ermənilərin soyqırımı iddialarının müzakirəyə çıxarılmasına münasibət bildirsin. Aprelin 27-də millət vəkili Aqil Abbas belə bir təklif irəli sürüb:

«Aprelin 28-də İsrail parlamentində uydurma erməni soyqırımı müzakirə olunacaq. Bilirik ki, yəhudilərlə türklər, Azərbaycan arasında münasibətlər yaxşı olub, amma son zamanlar 1-2 səhvlə əlaqədar Türkiyəyə qarşı sərt addımlar atır. İsraillə dostluq parlamentlərarası nümayəndə heyəti var. Yaxşı olar bu dostluq qrupu bəyanat hazırlayıb, münasibət bildirsin və İsrail parlamentinə göndərək ki, sabahkı müzakirədə Türkiyəyə dəstəyimiz olsun».

Milli Məclisinin yəhudi əsilli deputatı Yevda Abramov isə A.Abbasa cavabında bildirib ki, bu məsələ dostluq qrupunun nəzarətindədir:

«Bu məsələ iki aya yaxındır ki, İsrail Knessetində, komissiyalarda fırlanır, sabah gündəliyə qoyulmayıb. Gündəliyə salınıb-salınmaması müzakirə olunacaq. Biz əminik ki, iki il yarım əvvəl olduğu kimi məsələ həmin səviyyədə müzakirə edilib, gündəlikdən çıxarılacaq».
XS
SM
MD
LG